GÜNDƏM
Azərbaycanda yeni ana olmuş qadın və körpəsi öldü
TƏBİB Respublika Klinik Xəstəxanasında yeni ana olmuş qadın və körpəsinin ölümü ilə bağlı açıqlama verib.
Lent.az-ın xəbərinə görə, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 37 yaşlı qadın xəstəxanaya oktyabrın 2-də saat 04:04-də "40 həftəlik hamiləlik, doğuşun 1-ci dövrü, FMA (fəsadlaşmış mamalıq anamnezi)" diaqnozu ilə daxil olub.
Həmin gün saat 10:40-da cinsi qız, çəkisi 2900q (qram), boyu 49 sm (santımetr) bir diri döl dünyaya gətirib. Ananın saat 15:15-də "kəskin ağciyər, ürək-damar çatışmazlığı" diaqnozi ilə, yenidoğulmuşun saat 11:55-də "ağır asfiksiya, mekonial aspirasiya" diaqnozu ilə bioloji ölümü baş verib.