GÜNDƏM
Sumqayıtda təcili yardım maşını qadını vurub öldürdü
Sumqayıtda təcili yardım maşını qadın piyadanı vurub.
Bakufakt.az xəbər verir ki, hadisə sentyabrın 2-də saat 15 radələrində baş verib. Şəhər sakini Yaqubov Əli İskəndər oğlu idarə etdiyi təcili tibbi yardım stansiya məxsus "Mercedes-Vito" markalı avtomobillə yolu keçən piyada Davidova Ramilla Cənnatlı qızını vurub. Yaralı ağır vəziyyətdə təcili tibbi yardım xəstəxanasına yerləşdirilsə də, sentyabrın 5-də orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.