Əlində pul görən qadının başına görün nə oyun açdı?
Bakıda su sayğacları oğurlanıb.
Daxili İşlər Nazirliyindən Bakufakt.az-a verilən məlumata görə, Binəqədi rayonunda "Azərsu"yun quraşdırdığı su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayətləri törədən əvvəllər də oğurluq və narkotik vasitələrdən istifadə etdiyi üçün məhkum olunmuş Qədir Hüseynov tutulub.
Qeyd edək ki, o Binəqədi rayonu, Dərnəgül qəsəbəsindəki əsasən beşmərtəbəli binalardan ümumilikdə 15 nəfərin mənzilinə quraşdırılan sayğacları oğurlayıb. Qədir Hüseynov daha sonra əvvəlcədən müəyyən etdiyi yerdə sayğacları sökərək əlvan metal qəbulu məntəqələrinə satıb. Oğurlanan su sayğaclarının bir qismi həmin şəxsdən aşkar olunaraq maddi sübut kimi götürülüb. Faktlarla bağlı Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb, Qədir Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.