Çətin anımızda polislərimiz yadımıza düşür
"İlk sığınacağım, POLİSİM"
Yaşadığımız cəmiyyətdə başımıza gələn hər hansı neqativ hallar, təhlükələr, can qorxusu olduqda ilk qoruyucumz polisimiz ağlımıza gəlir. Məhz bu səbəblə də gecə-gündüz, soyuq-isti, vaxtlı -vaxtsız demədən doğmalarımızdan öncə 102 düyməsini yığıb, kömək istəyirik.
Azərbaycan polisinin çox şanlı salnaməsi var. Biz zaman arqumenti səbəbilə salnaməni vərəqləmək istəmirik. Sadəcə bu gün salnaməyə əməlləri ilə adlarını yazmağı bacaran şərəfli polis dostlarımızdan bəhs etmək istəyirik.
2020-ci ilin sonlarında DİN-nin mətbuat xidmətinin rəisi təyin olunan Elşad Hacıyev qısa müddətdə bütün mətbuat orqanlarının sevimlisinə çevrildi.
Onu sevdirən ilk öncə peşəsinə vurgunluğu və çiyinlərində şərəflə daşıdığı dövlət atributlu çinlərinə olan sevgisidir.
Elşad Hacıyev vəzifəsi gərəyi mətbuat nümayəndələri ilə sıx təmas halındadır. Ölkədə baş verən hadisələri ilk öncə yayımlanmağa çalışan saysız-hesabsız mətbuat orqanlarının hədəfi yeni informasiyaların öncüsü olmaqdır. Məlumatları isə müfəssəl və dəqiq şəkildə açıqlayan DİN-nin mətbuat xidmətidir.
Bir insan olaraq gözümüz önündə canlandıraq ki, bu qədər jurnalist ordusu qarşısında səbr və təmkinlə dayanan Elşad müəllim işinin peşəkarı və vurğunudur.
Biz xəbər portalı olaraq Elşad müəllimlə sıx əməkdaşlıq edirik.
Bizim işgüzar münasibətlərimiz zamanı yol verdiyimiz jurnalist "ərköyünlüyümüzə" səbr və bir qədər də təbəssümlə yanaşan Elşad müəllim digər mətbuat orqanlarına da eyni münasibətlə yanaşır.
Yuxarıda qeyd etdiyimiz kimi vətəndaşın ağır anlarında ümid gətirdiyi ilk orqan polis Orqanıdır.
Polislərimiz xalqın inamını doğrultmağa çalışırlar və bunu əməlləri ilə də sübut edirlər.
Pafosdən, gostərişdən uzaq olan Elşad müəllimdən polislərimizin nümunəvi addımları barədə danısmasını istədikdə isə, mütəvaziliklə "hər kəs vəzifə borcunu yerinə yetirir" deyə cavabladı.
Biz isə unutmuruq ki, çox zaman vəzifə borcu deyilən xidmətlər fədakar polislərimizin həyati təhlükəsi sayəsində xoş sonluqla nəticələnir.