GÜNDƏM
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
Azərbaycan əhalisinin sayı açıqlanıb.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Belə ki, ölkə əhalisinin sayı ilin əvvəlindən 29 418 nəfər və ya 0,3 faiz artaraq 2022-ci il iyul ayının 1-i vəziyyətinə 10 185 784 nəfərə çatıb.
Əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib. Əhalinin tərkibində kişi və qadınların xüsusi çəkiləri isə dəyişməz qalıb