GÜNDƏM
Ukrayna “Avroviziya”da qalib gələ bilər.
Bakufakt.az Azmedia.az xəbərinə istinadən xəbər verir ki, “EurovisionWorld” portalına istinadən xəbər verir ki, bukmeykerlərin proqnozlarına əsasən müsabiqədə Ukraynanı “Stefania” mahnısı ilə təmsil edəcək “Kalush Orchestra” kollektivi qalib gələcək.
Mümkün qaliblərin ilk beşliyində, həmçinin İtaliya, İsveç, Yunanıstan və Polşa yer alıblar.
Qeyd edək ki, Azərbaycanı “Avroviziya-2022”də Nadir Rüstəmli təmsil edəcək. Onun ifa edəcəyi mahnı martın ortalarında təqdim olunacaq. Məlumdur ki, Azərbaycan mayın 12-də keçiriləcək yarımfinalın birinci hissəsində çıxış edəcək.
Hazırda Ukrayna ilə müharibə şəraitində olan Rusiya isə müsabiqədən kənarlaşdırılıb. Ölkəni “Avroviziya”da fiziki məhdudiyyətli müğənni Yaroslava Simonova təmsil edəcəkmiş.