GÜNDƏM
Düşmənin “sürprizləri”: Həyatla ölümün təmas xətti
Bura keçmiş təmas xəttidir. Artıq işğal da, düşmənlər də, onların vəhşiliyi də dünəndə qalıb. Ancaq işğal illərinin torpağın köksündə açdığı yaralar köz-közdür.
Bura indi həyatla ölümün, Xeyirlə Şərin, işıqla qaranlığın təmas xəttidir...
Ağdamdayıq. Bir zamanlar işıqları ilə, ağ damları ilə, qaynar həyatı ilə şöhrət tapan Ağdamda... Məhz burada işığın, xeyirin, həyatın mühafizəçiləri torpağın bağrındakı düşmən izlərini silirlər.
Otuz ilə yaxın müddət ərzində torpaqlarımızın qaytarılması üçün heç bir addım atmayan ATƏT-in Minsk qrupunun həmsədrləri məhz burada - Azərbaycan-Ermənistan silahlı qüvvələrinin təmas xəttində görüşürdülər. Vətənimizin, xalqımızın taleyini dəyişən 44 günlük müharibədən sonra burada yeni yaşam mübarizəsi gedir