GÜNDƏM
“Putin qalib gəlməməlidir” - Mario Draqi
Gəlin Ukraynaya dəstək olmaq üçün bir olaq. Uduzsa, bütün demokratiyalar uduzacaq və demokratiyanın effektiv idarəetmə modeli olduğunu iddia etmək çətin olacaq. Putin qalib gəlməməlidir”.
Almaniyada keçirilən G7 Liderlər Zirvəsinə qatılan İtaliyanın Baş naziri Mario Draqinin bu sözləri İtaliya Baş Nazirliyinin tviter hesabında paylaşılıb.
Ukraynaya namizəd ölkə statusunun verilməsinin Avropa İttifaqının (AB) özü üçün də əhəmiyyətli olduğunu bildirən Draqi, “Birlik qonşu ölkələrə münasibətini və uzunmüddətli strategiyasını kökündən dəyişdi. Bu, çox əhəmiyyətli bir dəyişiklikdir” şərhini verib