Azad Media Susdurula Bilməz!
Su anbarını ilanlar basıb: İçməli su üçün TƏHLÜKƏ VAR
GÜNDƏM

Su anbarını ilanlar basıb: İçməli su üçün TƏHLÜKƏ VAR

Ceyranbatan su anbarının sahillərində çoxlu sayda ilanlar peyda olub. Yerli sakinlər deyir ki, havaların istiləşməsindən sonra ətrafdakı ilanların sayı xeyli çoxalıb. Təbii ki, onların arasında xeyli sayda zəhərli ilanlar da var.

Bizim.media-nın məlumatına görə, bu, yerli sakinləri, eləcə də digər vətəndaşlarımızı narahat edib.

Narahatlığın bir səbəbi ətrafdakı insanların sancmaq qorxusudursa, digər səbəbi Abşeron yarımadasının böyük hissəsini içməli su ilə təmin edən Ceyranbatan su anbarında suyun hansısa dərəcədə zəhərlənmə ehtimalıdır.

Sakinlərin deməsinə görə, ilanlarla bağlı su anbarının ətrafında hər hansı tədbir də görülmür.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mövqeyini öyrənmək istədik. Lakin gün ərzində qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının telefonuna zəng çatmadı.

Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, professor Azər Maqsudovla isə mütəxəssis rəyi almaq üçün müracət etdik. Azər Maqsudov narahatçılığa hər hansı bir əsasın olmadığını söylədi: 

“İlanlar iki növə bölünür- suda və quruda yaşayanlar. Amma həm suda, həm də quruda yaşayan ilanlar suya heç bir toksiki maddə ifraz eləmir. Ona görə də su hövzələrində və onun kənarlarında ilanların yaşaması heç bir təhlükə yaratmır.

İlanlar yalnız təhlükə hiss edəndə hücum edir, qarşısındakını sancır, zəhərləyir. Amma qeyd olunan şəraitdə ilanlar heç bir təhlükə yaratmır. Su ilanları isə ümumiyyətlə qorxulu deyil. Ona görə də Ceyranbatan su anbarının ətrafında qeydə alınan ilanlar içməli su üçün heç bir təhlükə törətmir”.

IRON MAX AZERBAIAN