GÜNDƏM
Gilas və albalının insan orqanizminə inanılmaz faydası açıqlanıb
Gilas və albalı yuxuya daha sürətli getməyə, yuxu keyfiyyətini yaxşılaşdırmağa və müddətini artırmağa kömək edir.
Bu barədə rusiyalı dietoloq, tibb elmləri doktoru Mixail Qinsburq danışıb.
O, bunu hər iki giləmeyvənin tərkibində olan melatoninlə əlaqələndirib.
“Bu, həmçinin bədəndə serotonin və melatoninin xəbərçisi olan triptofan amin turşusu ilə də əlaqədardır”, - deyə Qinsburq əlavə edib