Azad Media Susdurula Bilməz!
Tural Heydərıinin yalanlarını sənədlərlə sübut  edirəm..Elmar Əliyev
GÜNDƏM

Tural Heydərıinin yalanlarını sənədlərlə sübut edirəm..Elmar Əliyev

Son günlər sosial şəbəkələrdə Elmar Əliyev, (Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC)  və Bakı İslam Oyunları Əməliyyat Komitəsinin maliyyə  direktorudur...) adı altında xəbərlər yayımlanmaqda davam edir. 

Haqqında yayımlanan xərlərlərlə bağlı, Elmar Əliyev  "Xeberaz.Az"- a çıqlama verdi. 

Elmar Əliyev bildirir ki, haqqımda yazılanlar sifarişli şəkildə həyata keçirilir. 

Şər-Böhtan xarakterli yazılar həqiqətləri özündə əks etdirmir. 

Haqqımda yazanlar birdəfədə olsun mənimlə qarşı tərəf kimi əlaqə saxlamayıblar. 

Kimnə deyirsə yalan-düz, qeyri peşəkar media nümayəndələridə qarşı tərəfi dinləmədən həqiqət olmayan yalan xəbərləri dərc edirlər.

 Birdaha qeyd edirəm ki, Mən  adı çəkilən  Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC)  və Bakı İslam Oyunları Əməliyyat Komitəsinin maliyyə  direktoru vəzifəsində işləməmişəm.  

Mən müqavilə üzərindən   lazım olanda adı qeyd edilən yerlərdə çalışmışam. 

Qaldı Tural Heydərliyə o məni və ortaq tanışımız Elgiz  Mirzəzadəni iş adı altında şəxsi məqsədləri üçün aldadaraq küllü miqdarda pullarımızı mənimsəyib.  Etdikləri azmış kimi, hələ bir bizidə   dələduz adlandırır!

Biz artıq Tural Heydərli tərəfindən aldanıldığımızı biləndə, məsələni Tural Heydərlidən fərqli olaraq hüquqi qaydada aidiyyatı üzrə müraciət etdik.

Düzdür Tural Heydərlinin planlaşdırılmış şəkildə həyata keçirdiyi addımları onu bir müddətə qədər azadlıqda saxladı.

Ancaq sonda haqq ədalət öz yerini tapdı. 

Tural Heydərlinin çirkin oyununa girənlərdə cəzasız qalmadı! 

Atalardan gözəl bir misal var "Yalan ayaq tutar ancaq yeriməz"  Yalana bax guya mən Almaniyaya getmək istəyən Rəcəbov Fuad Xaliq oğluna saxta maliyyə arayışı vermişəm (06 sentyabr 2019-cu il) tarixdə.

Birinci mən kiməm ki,kiməsədə  arayış verim?

Ədalət mühakiməsində dediklərinin heçbirini sübuta belə gətirə bilmədilər. 

Görünür çıxış yolunu media üzərində görüb yalan həqiqətləri özündə əks etdirməyən sifarişli yazılar dərc elətdirməklə haqqa nahaq donu geyindirməyə çalışıblar. 

Ailə üzvlərimdən yazdırılır. Ailəmin şəkli paylaşılır! 

Şəeəf ləyaqətin alçatmaq və işgüzar nüfuza ləkə gətirmək   də davam edən şəxslərdə yaxın günlərdə cəzasız qalmayacaq.

Bu gün sizlərə həqiqətləri danışmağımla yanaşı rəsmi qaydada sizlərə göstərəcəm. 

Baxın buda Tural Heydərlinin  Mən Elmar Əliyevlə yanaşı Elgi Mirzəzadəyə qarşı planlaşdırdığı yalanların əsl üzü.

Tural Heydərlinin yalan və  şər-böhtan xarakterli əməllərinə görə, Bakı şəhər Səbail Rayon Məhkəməsinin Hökmün təqdim edirəm

IRON MAX AZERBAIAN