Azad Media Susdurula Bilməz!
Sahibkarın özbaşınalığının qarşısını qurum işçiləri aldı - FOTO
foto rubli̇ka

Sahibkarın özbaşınalığının qarşısını qurum işçiləri aldı - FOTO

Paytaxtda daha bir sahibkar özbaşınalığı ilə əlaqədar vətəndaşlar tərəfindən sosial şəbəkələrdə məlumat yayılıb.

Bakufakt.az  xəbər verir ki, şəhərin Nərimanov rayonu Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində 5 mərtəbəli tikilinin sahibi qanunsuz əməlilə yadda qalıb. Həmin 5 mərtəbəli tikili layihədə qaraj kimi göstərilib. İşlər hələ də tamamlanmayıb. Bununla yanaşı binanın bir tərəfinə düşən səki faktiki olaraq parkinq kimi istifadə olunur.

Digər tərəfdə isə terras qurmaq istəyiblər. Ərazidə yaşayanların sözlərinə görə, binanın aşağı hissəsi restoran işlətmək üçün icarəyə verilib. Təxminən iki ay əvvəl restoran qarşısında terras salmaq planı dayandırılıb, lakin həmin sahə hələ də tikinti tullantılarından təmizlənməyib. Artıq burda antisanitar vəziyyət hökm sürür.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə , piyada səkisi əvvəlki vəziyyətinə qaytarılaraq ümumi istifadəyə verilib.

IRON MAX AZERBAIAN