Azad Media Susdurula Bilməz!
“BakıKart”ın əksər terminallarında qəpik qəbul edilmir - FOTOLAR
foto rubli̇ka

“BakıKart”ın əksər terminallarında qəpik qəbul edilmir - FOTOLAR

Bəzən ən xırda detallar belə insanı yolda qoyur. Məsələn, metrodan istifadə etmək üçün 50 qəpik lazımdır, terminal var, 50 qəpiyin də var, lakin qəpik qəbuledicisi işləmir.

Buna şəhərin bir çox yerlərində quraşdırılmış terminallarda rast gəlmək olar. Bu xırda nasazlıq sərnişinlər üçün böyük narahatlıq yaradır. Kimisi harasa tələsdiyi üçün əsəbiləşir, kimisi də üzərində xırda kağız pul olmadığı üçün əsəbləri tarıma çəkilir.

Lentə aldığımız görüntülər də bunun əyani sübutudur.

Bəs “BakıKart” terminalları niyə işləmir?

Sərnişin Abbasova Südabə: “Səhər işə gedirdim, üzərimdə də qəpiklər və iri kağız pul var idi. Gördüm ki, terminal yenə qəpik qəbul etmir, məcbur qaldım, kiməsə 50 qəpiyi verim ki, məni keçirsin. Artıq neçənci dəfədir ki, bu halla qarşılaşıram. Tezliklə düzəlməsi biz sərnişinlərin işini asanlaşdırar”.

Əhməd bəy isə hazırkı problemin nə pula, nə də sərnişinə hörmət olduğunu bildirib:

“Cibimdəki qəpiklərlə terminala ödəniş etmək istəyirəm, amma olmur. Başa düşmürəm, qəpik pul deyil ki? Bu o deməkdir ki, biz kiçik pulları saymırıq”.

“BakıKart”ın rəsmi açıqlamasında bildirilir ki, hazırda metro stansiyalarında yerləşən terminallar fasiləsiz fəaliyyət göstərir. Qəpik qəbul etməyən bəzi cihazlarda bu problem texniki nasazlıq səbəbindən müvəqqətidir və həmin məntəqələrdə əlavə işlək terminallar da mövcuddur.

Məsələ ilə bağlı terminal istehsalçısı olan “K Group” MMC mühəndislə təminat görüb və problem aradan qaldırılır. “BakıKart” sərnişinlərdən anlayış göstərmələrini xahiş edir.

IRON MAX AZERBAIAN