Azad Media Susdurula Bilməz!
Bakıda şübhəli əşya HƏYƏCAN YAŞATDI - FOTO
foto rubli̇ka

Bakıda şübhəli əşya HƏYƏCAN YAŞATDI - FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, "Əhmədli" metrostansiyasının yaxınlığında şübhəli əşya aşkar edilməsi barədə məlumat daxil olub.

Bu barədə Bakufakt.az-a  FHN Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu xüsusi təlim görmüş itlə hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra avtobus dayanacağında aşkar edilmiş şübhə doğuran məktəbli çantasına xüsusi təlim görmüş itin tətbiqi ilə keçirilmiş baxış zamanı çantanın içərisində məktəb ləvazimatlarının olduğu müəyyən edilib.

 

 

  •  
IRON MAX AZERBAIAN