Artıq hər şey dəyişir: Dünya da, insanlar da...
Artıq hər şey dəyişir. Dünya da, insanlar da...
Əxlaq normaları, zövqlər, həyata münasibət, sənətə münasibət, bir sözlə hər şey dəyişir. Dünyanın belə sürətlə dəyişməsinə bir çox amillər təsir edir.
Onlardan ən əsası da elmi-texniki inqilabdır. XX əsrin əvvəllərində hələ bir çox ölkələr, xalqlar üçün avtomobil möcüzə idisə əsrin sonunda kosmosa qaxmaq adi hal kimi qəbul olunur. XX əsrin əvvəllərində informasiyanın teleqraf üsulu ilə ötürülməsi posesi bir texniki vasitə kimi heyrət doğururdusa, əsrin sonunda ümümdünya informasiya setinə – İNTERNETƏ girə bilməyənin biliyi şübhə doğurur.
Jurnalistika dəyişən dünyanın dəyişməsində misilsiz rol oynayaraq özü də dəyişdi, multimedia epoxasına qədəm qoydu. Jurnalistika özünün inkişaf tarixində bir sıra inqşilabi dəyişikliklər yaşadı. Qəzet istehsalı, tirajlanma texnikasının yaranması, radionun, televiziyanın, nəhayət Internetin yaranması bütün bunlar jurnalistikanın dəyişməsinə, inkişafına səbəb oldu. Lakin nə qədər dəyişsə də, jurnalistikanın əsas funksiyası dəyişməz qalır: cəmiyyəti məlumatlandırmaq və baş verən hadisələrdən onun baş çıxarmasına kömək etmək.
Auditoriya KIV-in öz məqsədlərinə nail olub-olmamasının göstəricisidir. Oxucunun, dinləyicinin, tamaşaçının KIV-ə marağı informasiya vasitəsinin səviyyəsini nümayiş etdirir. Qəzetin tirajı auditoriyanın sayına çox bağlıdır. Tirajın böyüklüyü auditoriyanın böyüklüyüdür. Auditoriya indi çox tələbkar olmuşdur. Azərbaycan KIV auditoriyası keçid mərhələsində yaranan iqtisadi çətinliklərlə bağlı olaraq müxalif mövqedə dayanan informasiya vasitələrinə meyllidir. Xüsusilə qəzetlər auditoriyanın bu müvəqqəti meylindən daha çox yararlanır. Təsadüfi deyil ki, 90-cı illərdə Azərbaycanda müxalif mövqeli qəzetlərin sayı iqtidaryönlü, yaxud müstəqil qəzetlərdən qat-qat çox
olmuşdur.
Azərbaycanda ən geniş auditoriyası olan KIV-içərisində televiziya birinci yeri tutursa, bütün dünyada internetin auditoriyası televiziya auditoriyasını ötüb keçir. Çünki yaranan yeni texnologiya artıq həm baxmağa, həm dinləməyə, həm də oxumağa imkan verir. Əvvəllər tamaşaçı televiziyanın keçiciliyindən şikayətlənirdisə, indi artıq bu da aradan götürülüb. Internetin sayəsində biz oxuduğumuz, dinlədiyimiz, baxdığımız materialı bir neçə dəfə təkrarlaya bilirik.
Birinci fəsildə qeyd etdiyimz elektron qəzetlərin də üstün cəhəti: bir yox bir neçə adamın müzakirə obyekti olmasındadır. Mətbu qəzetlərdən fərqli olaraq hal- hazırda Amerikada elektron qəzetlərin abunəçiləri mətbu qəzetlərin abunəçilərindən qat-qat çoxdur. Çünki mətbu qəzeti bir nəfər oxuduğu halda elektron qəzetin eyni nömrəsini bir neçə adam oxuya bilir.
Həmçinin elekron qəzetlə redaktorla birbaşa söhbət etmək imkanın da əldə edirsən. Bol ilüstrasiyaya malik, daha maraqlı, rəngli tərtibat, ən əsası oxucunun zövqünü oxşayan, onun istəyinə cavab verən bu qəzetlərin auditoriyası get-gedə artmaqdadır.
(ardı var)
"Bakufakt"
Araşdırma Rights Owner: SocialCoaster Inc. (dba. BVIRAL) qanunları necə pozur?