Azad Media Susdurula Bilməz!
Bakının mərkəzində ağaclar kəsildi, ETSN və prokurorluq hərəkətə keçdi
foto rubli̇ka

Bakının mərkəzində ağaclar kəsildi, ETSN və prokurorluq hərəkətə keçdi

Bakının Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ilə Şövqiyar Abdullayev küçəsinin kəsişməsində 100-ə yaxın müxtəlif cinsli, iri diametirli  ağaclar xüsusi texniki vasitələrlə kəsilərək götürülüb. 

Ağaclıq ərazidə tikinti işləri həyata keçiriləcək.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib ki, Xidmətin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ilə Şövqiyar Abdullayev küçələrinin kəsişməsində bir neçə ağacın kəsilməsi faktı aşkar edilib. 

Xidmət rəsmisi Qafar Ağayevin sözlərinə görə, faktla bağlı akt tərtib olunub və təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. 

Sözügedən ərazidə tikinti aparılmasına razılıq verilib-verilməməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanlasaq da, mövqe bildirilməyib.

IRON MAX AZERBAIAN