Mayası 57 dollardır, amma 2780 dollara satılır - “Dior” necə qazanır?
Fransanın məşhur “Dior” şirkətinin istehsal etdiyi məhsulların maya dəyəri ilə satış qiyməti arasındakı kəskin fərq İtalyan polisini heyrətləndirib.
“Reuters”in əldə etdiyi məlumatlara görə İtaliyada polis tərəfindən aparılan araşdırmalar zamanı “Dior” markalı bir çantanın maya dəyərinin 53 avro (57 dollar) olduğu halda mağaza satış qiymətinin 2 min 600 avro (2 min 780 dollar) olduğu üzə çıxıb.
“Reuters”in xəbərinə görə, bu ilin mart və aprel aylarında Milan şəhərinin hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılıb. Araşdırma zamanı aydın olub ki, şirkət ucuz əcnəbi işçi qüvvəsindən istifadə edib, həmçinin istehsal zamanı Çin şirkətlərinin imkanlarından istifadə olunub.
Qeyd edək ki, “Dior” fransalı iş adamı Bernard Arnaulta məxsusdur. “Bloomberg” milyarderlər İndeksinə görə, onun 201 milyard dollar dəyərində sərvəti var. Şirkətə milyarderin qızı Delfin Arno Dior rəhbərlik edir.