Azərbaycanda qəribə Fəxri Fərman: 200 300-dən böyük imiş - FOTO
Azərbaycanda orta məktəblərdən birinin 11-ci sinif şagirdinə verilən Fəxri Fərman maraq doğurub.
Bakufakt.az xəbər verir ki, Neftçalanın Bankə qəsəbəsində 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdinə verilən Fəxri Fərmanda yanlışlığa yol verilib.
Şagirdin buraxılış imtahanında məktəb üzrə 264 bal yığmasına baxmayaraq "300 baldan yüksək nəticə göstərdiyinə görə" təltif olunub.
Belə ki, şagirdin yığdığı bal 200-dən yuxarı olsa da, "300-dən yuxarı nəticə" kimi qeyd edilib.
Fəxri Fərmanın üzərində həmçinin Dövlət İmtahan Məkrəzinin (DİM) loqosu əks olunub. Apardığımız araşdırma nəticəsində məlum olub ki, sözügedən Fəxri Fərmanın DİM-lə heç bir əlaqəsi yoxdur.
Fərmanın aşağısında isə məktəb direktoru Səbinə Əsədovanın adı qeyd olunub.
Əldə etdiyimiz digər məlumata görə, S.Əsədova bu postu anasından təhvil alıb. Məktəbin indiki direktoru ilə əvvəlki direktorunun qohum olması da diqqət çəkən detaldır.