Azad Media Susdurula Bilməz!
Firudin Cəlilov: "Made in Turan"ın loqosunda qurddan daha çox atın olması məsləhətdir
foto rubli̇ka

Firudin Cəlilov: "Made in Turan"ın loqosunda qurddan daha çox atın olması məsləhətdir

Xəbər verdiyimiz kimi, Azərbaycanın təşəbbüsü ilə ilk dəfə türk dünyası markalarını birləşdirən "Made in Turan" brendi yaradılıb. Brendin loqosunda at təsvirinin olması müzakirəsiz ötüşməyib. Bildirilir ki, "Made in Turan" adı qoyulan brendin loqosunda milliyyətçilik, türkçülük və turançılıq ideyasını daşıyanların əksəriyyətinin simvolu olan Bozqurd təsviri yer almalı idi.

Tanınmış türkoloq, professor Firudin Cəlilov isə  açıqlamasında deyib ki, loqoda at təsvirinin olmasında heç bir problem yoxdur. 

"Bozqurd mifoloji inancdan gələn simvoldur. Türklərin soykökünü Bozqurdla bağlayırlar. Qurdu həmişə xilaskar, yolgöstərən, törədici qüvvə kimi təsəvvür ediblər. Buna görə də qədim türk dastanlarında Bozqurda böyük önəm veriblər. Əlbəttə, Bozqurd at kultundan çox qədimdir. Dörd-beş min il bundan əvvəl atçılıq başladı, ata mindilər, onu arabaya qoşdular. Bundan sonra atla bağlı mifoloji görüşlər də formalaşdı. Atların içində ən maraqlısı Tulpar atlardır. Tulpar atlar dəniz ayğırlarından yaranan, Qırat kimi qanadlı atlar sayılır. Hətta “Koroğlu” dastanında da yer alıb. Yəni at qurddan sonra ikinci kult kateqoriyasına daxil olub. Buna görə də "Made in Turan" brendinin loqosunda at təsvirini inkar etmək düzgün deyil. Qurd başqa xalqlarda mənfi emosiyalar yaradıb. Hətta mifologiyanı bilməyənlər qurda canavar, yırtıcı, dağıdıcı təsəvvürü ilə baxırlar. Buna görə də indiki dönəmdə loqoda qurddan daha çox atın olması məsləhətdir. Burada bir problem yoxdur”. 

IRON MAX AZERBAIAN