Azad Media Susdurula Bilməz!
Bu şəxslərə əməkhaqqı ilə bağlı şad xəbər...
cəmi̇yyət

Bu şəxslərə əməkhaqqı ilə bağlı şad xəbər...

Bakıda COVİD-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb.

 

"Bakufakt" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi oktyabrın 1-dən yanvarın 2-nə qədər uzadılıb.

IRON MAX AZERBAIAN