Azad Media Susdurula Bilməz!
Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq
cəmi̇yyət

Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq

Oktyabrın 9-da maqnit qasırğası güclənib və qırmızı səviyyəyə - K-indeksi 5.7-yə çatıb. Buna Günəş plazma axınının Yerə hücum etməsi səbəb olub.

"Bakufakt" bildirir ki, bu barədə Meteoagent və Britaniya Geoloji Xidməti məlumat verib.

Birinci proqnoz intervalı ərzində oktyabrın 6-da baş verən koronal kütlə atılmasının (CME) Yer kürəsinə çatacağı gözlənilir. Bu, aktiv geomaqnit şəraitinə və G1 maqnit fırtınasına səbəb ola bilər. Bəzi yerlərdə hətta G2-yə qədər güclənə bilər.

Geomaqnit dalğalanmaları oktyabrın 10-da davam edəcək və 11-dətac dəliklərinin və günəş küləyinin təsiri səbəbindən fırtınanın yenidən 5 bal gücündə güclənəcəyi gözlənilir.

Meteoroloji vəziyyətə həssas olan insanlara fəaliyyətlərini azaltmaq tövsiyə olunur.

Alimlərin fikrincə, artan geomaqnit aktivliyi ikinci interval ərzində davam edə bilər, lakin tədricən daha sakit səviyyəyə qayıtmalıdır

IRON MAX AZERBAIAN