cəmi̇yyət
“YouTube” izlənmə sayını dəyişir
"YouTube” videolardakı izlənmə sayının hesablanması qaydasını dəyişir. Yeni sistemdə videonun oynadılmağa başlaması ilə bir baxış qeydə alınacaq.
"Bakufakt" xəbər verir ki, 24 avqustdan tətbiq ediləcək yeni qayda bütün videolara, Shorts məzmunlarına və canlı yayımlara şamil olunacaq.
Hazırkı sistemdə isə baxışın qeydə alınması üçün videonun müəyyən müddət izlənməsi tələb olunurdu.
Yeni qayda ilə videoların izlənmə saylarının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. “YouTube” bildirib ki, əvvəlki “aktiv baxış” göstəricisi analitik bölməsində də təqdim olunacaq.

