cəmi̇yyət
Qaxda ağır qəza: azyaşlı ölüb
Qax rayonunun Əlibəyli kəndi yaxınlığında yol-nəqliyyat hadisəsi olub.
"Bakufakt" bildirir ki, hadisə "Mercedes" və "Niva" markalı avtomobillərin iştirakı ilə baş verib.
Bildirilib ki, "Mercedes" markalı avtomobildə iki nəfər olub. "Niva" markalı avtomobildə isə ailə üzvləri hərəkət edirmiş. Qəza nəticəsində azyaşlı uşaq həyatını itirib.
Hadisədən sonra ailə üzvlərindən olan bir qadının itkin düşdüyü qeyd olunub.

