cəmi̇yyət
Hacıqabulda sərnişin avtobusu aşdı - 30-dan çox yaralı var
Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakufakt xəbər verir ki, qəza Bakı–Qazax magistral avtomobil yolunun Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Zaqatala–Bakı marşrutu üzrə hərəkət edən iritutumlu sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb. Ilkin məlumata görə, hadisə nəticəsində 30-dan çox sərnişin, o cümlədən azyaşlılar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralıların hadisə yerindən təcili tibbi yardım briqadalarının köməyi ilə Şirvan və Hacıqabul rayon mərkəzi xəstəxanalarına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.

