Azad Media Susdurula Bilməz!
Hövsan Sağlamlıq Mərkəzi TƏBİB tərəfindən psixiatrla təmin olundu – müraciət öz nəticəsini verdi
cəmi̇yyət

Hövsan Sağlamlıq Mərkəzi TƏBİB tərəfindən psixiatrla təmin olundu – müraciət öz nəticəsini verdi

Hövsan qəsəbəsində yaşayan Vətən müharibəsi iştirakçıları, qazilər və sakinlərin uzun müddətdir qaldırdığı mühüm məsələ öz həllini tapıb. TƏBİB tərəfindən görülən tədbirlər nəticəsində Hövsan Sağlamlıq Mərkəzi artıq psixiatr həkimlə təmin olunub.
Qeyd edək ki, psixiatr çatışmazlığı səbəbindən xüsusilə Vətən müharibəsi iştirakçıları, qazilər və onların ailələri ciddi çətinliklərlə üzləşirdi. Sakinlər bu problemin həlli üçün aidiyyəti qurumlara müraciətlər etmişdilər.
Hazırda problemin aradan qaldırılması həm sakinlər, həm də müalicəyə ehtiyacı olan şəxslər üçün mühüm addım kimi qiymətləndirilir. Bu addım xüsusilə psixoloji dəstəyə ehtiyacı olan qazilər və ailələri üçün xidmətə əlçatanlığı artıracaq.
Bu hadisə vətəndaş müraciətlərinin diqqətdə saxlanılması və qaldırılan problemlərin həlli baxımından da mühüm nümunə hesab olunur.
TƏBİB rəhbərliyinə vətən müharibəsi iştirakçıları və qaziləri proplemin operativ həlli istiqamətində göstərdiyi diqqətə görə təşəkkür edir.
Www.bakufakt.az 

IRON MAX AZERBAIAN