cəmi̇yyət
Su sayğacları oğurlayan şəxs saxlanıldı
Abşeron rayonu Qobu qəsəbəsində yerləşən iki evdən oğurluq edilib.
DİN mətbuat xidmətindən Bakufakt.az-a verilən məlumata görə, naməlum şəxs gecə saatlarında zərərçəkənlərin həyətinə daxil olaraq oradan su sayğacları, mühərriklər və digər qiymətli əşyaları talayıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı İ.Salahlı saxlanılıb.
Araşdırmalar zamanı onun oğurladığı avadanlıqları satdığı məlum olub.
Araşdırmalar aparılır.

