cəmi̇yyət
Masazırda 1 yaşlı uşaq faciəli şəkildə öldü
Abşeron rayonunda 1 yaşlı körpə bədbəxt hadisə nəticəsində ölüb.
Bakufakt.az-ın məlumatına görə, hadisə Masazır qəsəbəsindəki fərdi yaşayış evlərindən birində baş verib.
Qəsəbə sakini 2025-ci il təvəllüdlü Müslüm Müslümlü yaşadığı evdə yemək yeyərkən qəfil boğazında qida qalıb. O, hadisə yerində boğulub ölüb.
Faktla bağlı araşdırma aparılır.

