Azad Media Susdurula Bilməz!
Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
cəmi̇yyət

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

Baharın gəlişinin carçısı olan Novruz bayramı Suraxanı rayonunda böyük izdihamla qeyd olunub. Martın 17-də “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Baharın memarlıq izi” adlı Novruz Festivalı keçirilib.

Festivalda Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların nümayəndələri, rayon ictimaiyyəti iştirak ediblər.

Meydanın ortasında yerləşdirilən səməni, eləcə də novruzun personajları olan Bahar qızı, Keçəl, Kosa şənliyə gələn qonaqlara yüksək bayram əhval-ruhiyyəsi bəxş ediblər. Həmçinin, festivalın açılışında Azərbaycan folklorunun və epos ənənəsinin məşhur obrazları – Dədə Qorqud, Qazan Xan və Burla Xatun Oğuz elinin Novruz şənliklərini təsvir edən ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. “Atəşgah Məbədi”ndən götürülən odla bayram tonqalının alovlandırılması Novruz şənliyinin yadda qalan məqamlarından biri olub.

Festival çərçivəsində milli sənətkarlıq nümunələrinin yarmarkası təşkil olunub. Sənətkarlar müxtəlif əl işlərini – xalçaçılıq, dulusçuluq, ağac üzərində oyma və digər dekorativ sənət nümunələrini qonaqlara təqdim ediblər.

Bayram şənliyində qəsəbə nümayəndəliklərinin, bələdiyyələrin və mədəniyyət evlərinin təqdimatında müxtəlif sənət nümunələrinin nümayiş olunması, cəngi sədaları altında pəhləvanların və idmançıların rəngarəng çıxışları, kəndirbazların akrobatik hərəkətləri qonaqların əhval-ruhiyyəsinə bayram ovqatı qatıb.

 

bir veya daha fazla kişi ve yazı görseli olabilir

Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Novruz bayramı münasibəti ilə rayon sakinlərini təbrik edib, bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıb. O, Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, qədirbilən xalqımızın qətiyyətli Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da mədəni-mənəvi irsimizə xüsusi diqqətlə yanaşmaları, eləcə də Müzəffər Ali Baş komandanın rəhbərliyi ilə bütövləşmiş yurdumuzun hər guşəsində Şanlı Qələbəmizin əbədi bahar gətirdiyi bu əziz bayramın Zəfər ovqatı ilə qeyd edildiyini diqqətə çatdırıb.

bir veya daha fazla kişi görseli olabilirbir veya daha fazla kişi ve kalabalık görseli olabilirFotoğraf açıklaması yok.bir veya daha fazla kişi görseli olabilir

www.bakufakt.az. 

 

Bu gün Azərbaycanda Novruz bayramının sonuncu, yəni İlaxır çərşənbəsi qeyd olunur.

Sonuncu çərşənbəyə həm də Torpaq çərşənbəsi deyilir. Bölgələrdə isə sonuncu çərşənbə olduğu üçün İlaxır çərşənbə kimi də tanınır.

Torpaq çərşənbəsinin sonuncu qeyd olunmasının səbəbi belə yozulur ki, birinci su, sonra od oyanaraq təbiəti isidir. Daha sonra külək əsir, hava təzələnir. Beləliklə, su, od və yel birlikdə ümumilikdə torpağın oyanmasına gətirib çıxarır. Torpaq da oyanandan sonra təbiət oyanmağa başlayır – ağaclar çiçək açır, yaşıllıqlar yaranır və torpaq əkinçilər üçün istifadəyə tam hazır olur.

Azərbaycanın bəzi bölgələrində sonuncu çərşənbə Novruz bayramından daha geniş qeyd olunur. Qızlar qapı pusmağa, qulaq fallarına çıxırlar. Uşaqlar qapı-qapı düşüb papaq atır, gizlənirlər. Bunun da xüsusi mənası var. Ev sahibi papağı şirniyyatla, qoz-fındıqla doldurur. Bu, dünyadan köçən ev əhlinə verilən payın nişanəsi kimi başa düşülür.

Çərşənbələrdə yumurtaların rəngbərəng boyanması fəsillərə işarədir. Ağ rəng qışın, sarı rəng payızın, qırmızı rəng yayın, yaşıl rəng isə yazın rəmzidir.

Qeyd edək ki, Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 18:45:53-də daxil olacaq. Martın 20-21-i isə Azərbaycanda Novruz bayramı qeyd olunur.

 

IRON MAX AZERBAIAN