cəmi̇yyət
Pulunu ala bilməyən usta hördüyü divarı dağıtdı - VİDEO
Azərbaycanda gördüyü işin qarşılığında pul ala bilməyən usta inşa etdiyi divarı dağıdıb.
Bakufakt.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
750 manat xərci çıxdığını deyən şəxs pulunu ala bilmədiyi üçün bu yola əla atdığını bildirib.
Həmin anları videoya çəkən şəxs “ustanın pulunu verməyəndə belə olur” söyləyib.
Görüntülərin konkret olaraq hansı ərazidə çəkildiyi məlum deyil.
Divarın sadəcə itələməklə dağılması sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. İstifadəçilərinin bir qismi videodakı şəxsin işini “keyfiyyətsiz” kimi qiymətləndiriblər və buna görə pulunu ala bilmədiyini iddia ediblər.

