Azad Media Susdurula Bilməz!
Bakıda mənzillər ən çox HÖVSANDA bahalaşıb
cəmi̇yyət

Bakıda mənzillər ən çox HÖVSANDA bahalaşıb

Hövsan qəsəbəsində mənzillərin qiymətində rekord bahaşalma müşahidə edilir. Belə ki, qəsəbədə 2 otaqlı orta təmirli mənzillər artıq 100 min manatdan baha satılır. Ötən ilin eyni dövrü ilə müqayisədə 20-30% arasında bahalaşmanın qeydə alındığını, Hövsanda mənzillərin 1 kvadrat metrinin bəzi hallarda 2 min manatı keçdiyini söyləmək olar.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bakufakt.az-a açıqlamasında Hövsanda mənzillərin bahalaşmasının bir neçə səbəbi olduğunu bildirib. 

Hövsan qəsəbəsində mənzillərə təlabat son il yarım ərzində daha çox artıb. Səbəblər arasında Hövsan yolunun təmirli və tıxacsız olması, şəhərin mərkəzinə nisbətən yaxınlığı daxildir. Bundan başqa, paytaxtda mənzillərin söküntüsü aparılır, evi plana düşən bir qisim sakini maddi çatışmazlığa görə şəhərin mərkəzində ev ala bilmir və Hövsana üz tutur".

Ekspert qeyd edib ki, Hövsanın həm də əlverişli infrastrukturu və dəniz kənarında yerləşməsi qiymətlərin artımına səbəb olub:

"Hal-hazırda Hövsan qəsəbəsində tək MİDA 1 və MİDA 2 layihələrində yox, bütün yaşayış binalarında bahalaşma müşahidə olunur. Mənzillərin bir kvadrat metr sahəsinin qiyməti 2000 manatdan yüksəkdir. Fərdi yaşayış evlərində isə torpağın bir sotu beş min - on beş min aralığında dəyişir". 

Ekspert qeyd edib ki, Hövsandan başqa digər Bakıətrafı qəsəbələrdə hələ ki belə kəskin bahalaşma müşahidə olunmayıb.

IRON MAX AZERBAIAN