
Bu qidalar kişilərdə sonsuzluq yaradır
İstifadə etdiyimiz qablaşdırılmış qidalar sonsuzluğu tətikləyir.
Bakufakt.az xəbər verir ki, bu sözləri türkiyəli urologiya mütəxəssisi, dosent akif diri deyib. O, dəyişən qidalanma vərdişlərinin cütlüklərin sağlamlığına neqativ təsirindən söz açıb:
“Səhiyyə Nazirliyinin məlumatına görə, Türkiyədə valideyn olmaq istəyən, lakin sonsuzluqla mübarizə aparan 2 milyon cüt var. Bu qadın məhsuldarlığı ilə eyniləşdirildiyi üçün cəmiyyətimizdə kişi problemlərinə əhəmiyyət verilmir.
Siqaret, spirt, qablaşdırılmış qidalar, təkrar emal edilmiş ətlər, yəni cəmiyyətdə qidalanma vərdişlərinin dəyişməsi, fəstfud, narkotik istifadəsi, idman mərkəzlərində tez-tez istifadə edilən bəzi dərmanlar, hətta qabıqlı balıqların həddindən artıq istehlakı kişilərdə valideyn olma ehtimalını azaldır”, - deyə o bildirib.