
cəmi̇yyət
"JEK" 31 ədəd qaloş alır
Neftçala rayon mənzil kommunal təsərrüfatı istehsalat birliyi xüsusi geyimlərin satınalınması ilə bağlı müsabiqə elan edib.
Bakufakt.az xəbər verir ki, qurum bununla bağlı müqavilə imzalayacağı şirkətə 3.453,00 manat ayıracağını nəzərdə tutub.
Belə ki, razılıq əldə olunduqdan sonra həmin müəssisədən ümumilikdə 1025 məhsul alınacaq.
"JEK" əməkdaşları rezin botu, xalat, fəhlə jileti, fəhlə əlcəyi, fəhlə paltarı, çəkmə (botinka), qaloş ilə təmin ediləcək.