Azad Media Susdurula Bilməz!
Mədət Quliyevin işi bu xanıma həvalə edildi
cəmi̇yyət

Mədət Quliyevin işi bu xanıma həvalə edildi

Xəbər verdiyimiz kimi,  Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa verib. Maraqlıdır, bəs Mədət Quliyevi kim evəz edəcək? Bakufakt.az-ın əldə etdiyi məlumata görə, Mədət Quliyevi Velosiped Federasiyasının Baş katibi Elnarə Musayeva əvəz edir. Elnarə Musayeva faktı  təsdiqləyib:

"Bütün federasiyalarda olduğu kimi, bizim federasiyada da işlər əvvəlki qaydada davam edir. Bu məlumat hələ təzə yayıldığı üçün biz öz işimizi əvvəlki kimi davam etdiririk. Təbii ki, federasiya prezidenti gecə-gündüz işlərə birbaşa nəzarət etmir. İşlərin idarə olunmasını mən həyata keçirirəm. İş rejimi necə idisə, eyni qaydada davam edir".

Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından bu vəzifəni yerinə yetirirdi.

IRON MAX AZERBAIAN