Azad Media Susdurula Bilməz!
Suraxanıda göz müayinəsi aksiyası keçirildi- FOTOLAR
cəmi̇yyət

Suraxanıda göz müayinəsi aksiyası keçirildi- FOTOLAR

Aprelin 23-də Suraxanı Rayon İcra Hakimiyyətinin və Dünyagöz Xəstəxanasının birgə təşkilatçılığı ilə akademik, əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş göz müayinəsi aksiyası keçirilib.

Bakufakt.az xəbər verir ki, şəhid ailələrinin, qazilərin, aztəminatlı rayon sakinlərinin və uşaqların iştirak etdiyi aksiyada Dünyagöz Xəstəxanasının həkim heyəti tərəfindən müasir oftalmoloji cihazlarla aparılmış müayinələrə əsasən pasientlərin görmə qabiliyyətləri müəyyənləşdirildikdən, göz təzyiqinin və hansısa bir xəstəlik əlaməti olub-olmadığı yoxlanıldıqdan sonra həkim Aynur Novruzova onlara müvafiq məsləhətlər verib.

Gün ərzində davam edən aksiyada maarifləndirici bukletlər paylanıb.








IRON MAX AZERBAIAN