
cəmi̇yyət
İcra başçısı musiqi müəllimini özünə müavin təyin etdi
Şəki Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.
Bakufakt.az xəbər verir ki, RİH başçısı Elxan Usubovun Əmri ilə Xəyalə Töhrab qızı Töhrablı başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin edilib.
Bununla da başçının müavinlərinin sayı 2-yə yüksəlib, ancaq I müavin vəzifəsi hələ ki vakantdır.
Qeyd edək ki, 1986-cı il təvəllüdlü X. Töhrablı bu təyinatadək Şəki şəhər Uşaq İncəsənət məktəbində Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb, ixtisasca musiqi müəllimidir.