
Evdə əxlaqsızlıq yuvası açıb: Qadınları votsapda satır - VİDEO
Redaksiyamıza Xətai rayon ərazisində yaşayan sakinlərdən şikayət daxil olub. Onlar şikayətdə bildiriblər ki, özünü Lalə adı ilə təqdim edən qadın binalardan birindəki mənzildə əxlaqsızlıq yuvası açıb. O, qadınları həmin mənzilə toplayır, onları maddi mənfəət qarşılığında kişilərlə görüşdürür.
Əxlaqsızlıq yuvası açan həmin şəxs qadınları hətta votsap sosial şəbəkəsi vasitəsilə satışa çıxarır. Belə ki, o sosial şəbəkənin imkanlarından istifadə edərək, hətta statuslarında əxlaqsız qadınları reklam edib, onlar üçün yeni müştərilər tapır. Redaksiyamıza təqdim edilən videogörüntülərdən də aydın olur ki, Lalə adlı bu qadın sosial şəbəkələr, mesaj mesencerlərdən yeni müştərilər tapmaq üçün istifadə edir.
Qadınlar kişilərə “xidmət” müqabilində aldıqları vəsaitdən Lalə adlı həmin qadına xüsusi "haqq" ödəyirlər.
Amma, bu da son deyil. Kadrlardan da görünür ki, əxlaqsızlıq yuvasına cəlb edilən qadınlar açıq-aşkar narkotik vasitələrdən istifadə edirlər. Belə ki, əvvəlcə Lalə adlı qadın gənc xanımlara narkotik təmin edir, tədricən onları narkotik vasitələrdən asılı vəziyyətə salır. Daha sonra isə narkotik vasitələri almaq üçün pul qazanmağın bu cürə əxlaqsız və çirkin yolunu onlara təklif edir. Qadınlar da narkotikdən asılı vəziyyətə düşdüklərinə görə Lalənin bütün dediklərinə əməl etmək məcburiyyətində qalırlar.
Ehtimal olunur ki, Lalə adlı şəxs həmin qadınların narkotik vasitədən istifadə və əxlaqsızlıq etdiklərini sübut edən görüntüləri əlində saxlayır, bu görüntülərdən daha sonra şantaj vasitəsi kimi də istifadə edir.
Ümidvarıq ki, hüquq- mühafizə orqanları kadrlardan da görünən əxlaqsızlıq yuvasının bağlanması və ictimai təhlükə yaradan bu əməlləri törədənlərin qanun çərçivəsində cəzalandırılması üçün müvafiq tədbirlər görəcəklər.
“Bakufakt.az”