Azad Media Susdurula Bilməz!
Məktəblərin ətrafında parklanma məhdudiyyətləri tətbiq edilməlidir – TƏKLİF
cəmi̇yyət

Məktəblərin ətrafında parklanma məhdudiyyətləri tətbiq edilməlidir – TƏKLİF

“Təhsil müəssisələrinin ətrafında parklanma məhdudiyyətləri tətbiq olunarsa, həm təhsil işçiləri, həm də tələbələr şəxsi nəqliyyat vasitələrindən istifadədən imtina edərək ictimai nəqliyyata üstünlük verəcəklər”.

Bakufakt.az xəbər verir ki, bunu “Azərbaycan müəllimi”nə dünən Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” ilə bağlı danışarkən təhsil eksperti Ramin Nurəliyev bildirib.

Ekspertin sözlərinə görə, parklama məhdudiyyətləri tıxac probleminin azaldılmasına müsbət təsir göstərə bilər:

“Əgər mən təhsil müəssisəsində çalışıramsa və onun ətrafında park etmək üçün məhdudiyyətlər yoxdursa, şəxsi nəqliyyat vasitəmlə gedib park etmək istəyəcəyəm. Amma görsəm ki, bu mənə çətinlik yaradır və ya uzun məsafəni piyada qət etməli oluram, zaman itkisi ilə üzləşirəm, o zaman ictimai nəqliyyatdan və ya metrodan istifadəyə üstünlük verəcəyəm”.

Ekspert əlavə edib ki, təhsil müəssisələrinin ətrafında parklama məhdudiyyətlərinin tətbiqi şəhərdə tıxacların qarşısını almaq baxımından effektiv həll yollarından biri ola bilər.

IRON MAX AZERBAIAN