 
								
									cəmi̇yyət
									
						
								Goranboyda BƏDBƏXT HADİSƏ: Yaşlı kişini QATAR VURDU
Goranboyda Dəliməmmədli dəmiryol stansiyasının ərazisində qatar 76 yaşlı kişini vurub.
Bu barədə məlumatı Bakufakt.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov təsdiqləyib.
Belə ki, Dəliməmmədli şəhər sakini 1949-cu il təvəllüdlü Sabir Abdullayevi hərəkətdə olan qatar çiyin nahiyəsindən vuraraq yerə yıxıb.
Xəsarət alan yaşlı kişi Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
 
                                
 
													 
													 
													 
													 
													