Azad Media Susdurula Bilməz!
Astarada qatar piyadanı vurub
cəmi̇yyət

Astarada qatar piyadanı vurub

Astarada qatar piyadanı vurub.

Bakufakt.az xəbər verir ki, hadisə Qamışoba kəndində, dəmir yolu stansiyasına yaxın ərazidə baş verib.

Astara rayonun Şahağacı kənd sakini 1990-cı il təvəllüdlü Məhərrəm Ağaboli oğlu Quliyev dəmir yolu xətti keçidində qatarın qarşısına çıxıb və qatar onu vurub.

Əsasən ayaqlarından ağır travma alan piyada Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.

IRON MAX AZERBAIAN