Azad Media Susdurula Bilməz!
2 yaşlı qızın ölüm səbəbi bilindi
cəmi̇yyət

2 yaşlı qızın ölüm səbəbi bilindi

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC sədrinin köməkçisi, Xüsusi layihələr departamentinin rəhbəri Həmid Əsədzadənin 2 yaşlı qızının uşaq bağçasında ölməsi ilə bağlı araşdırma aparılır.

Hadisə ilə bağlı Səbail Rayon Prokurorluğu müvafiq ekspertizalar təyin edib.

Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçiriblər. 

Uşağın həyatını itirməsinə səbəb ürəyində yaranan problem olub. Hadisə Səbail rayonu İzzət Nəbiyev küçəsində yerləşən "Candy kids" adlı özəl uşaq bağçasında qeydə alınıb.

TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 18:00 radələrində özəl tibb müəssisəsinin qəbul şöbəsindən çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfində 2 yaşlı (qadın cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

"Bakufakt.az"

IRON MAX AZERBAIAN