Azad Media Susdurula Bilməz!
Deputatlığa namizəd tanınmış plastik cərrah Vüqar Ələkbərovdan şikayət var - İDDİA
cəmi̇yyət

Deputatlığa namizəd tanınmış plastik cərrah Vüqar Ələkbərovdan şikayət var - İDDİA

Tanınmış plastik cərrahdan şikayət var: Uğursuz əməliyyatın pulunu da qaytarmır
Bakufakt.az
 redaksiyamıza müraciət edən pasiyent Babayeva Lalə 13 dekabr 2023-cü il tarixdə qarın nahiyəsindən piy çıxarma (liposaksiya üsulu), ayaq nahiyəsindən piy çıxarma və dodaqdan süni dolğunun çıxarılması və bulhorn edilməsi əməliyyatını keçirdiyini, ancaq uğursuz olduğunu və ötən müddət ərzində həkimin onunla qətiyyən maraqlanmadığını bildirib. 
O qeyd edib ki, Vüqar Ələkbərov etdiyi həkim səhvindən yayınaraq pasiyentin əməliyyatdan sonra bədən quruluşunun vəd edildiyi kimi olmamasında elə onun özünü günahlandırıb:
“Əgər mənim bədən quruluşum əməliyyata mane olmuşdusa, nə üçün öncədən bu barədə məni xəbərdar etmirdi?  Əksinə, etdiyi əməliyyat nəticəsində tam olaraq ideal bədən quruluşuna sahib olacağımı vəd edirdi. Görünən odur ki, məqsəd mənim etibarımdan sui-istifadə edib qazanc əldə etmək olub”.  
Şikayətçi bildirir ki, həkim səhvi nəticəsində səhhətində ciddi narahatlıqlar yaranıb: “Özümü həm fiziki, həm də ruhi cəhətdən yaxşı hiss etmirəm. Dodaqlarım xüsusilə pis vəziyyətə düşüb, bu vəziyyətdə yaşamaq mümkün deyil, bu vəziyyət mənim səhhətimə və əsəblərimə olduqca pis təsir edir. Vüqar Ələkbərov ümumilikdə əməliyyata görə məndən 6000 AZN məbləğində pul alıb. Əməliyyatdan sonra isə masaj proseduruna görə  1000 AZN də ödəmişəm. Amma nə əməliyyat, nə də sonrakı prosedurlar uğurlu alınmayıb. Bu barədə iradımı həkimə bildirəndə, o, bunun həkim səhvi olduğunu etiraf etməyib, əksinə mənim özümü günahlandırıb. Əgər bu, pasiyentin, yəni mənim günahım ucbatından idisə, o zaman həkim niyə mənim üzərimdə ikinci dəfə də bədən şəkilləndirmə əməliyyatı edirdi? Nəticədə birinci əməliyyatda etdiyi səhvlərin nəticəsini ikinci əməliyyatda da aradan qaldıra bilmədi, bu əməliyyat da uğuruz oldu”. 
Ötən müddət ərzində əməliyyat etdiyi şəxsin şikayətlərini aradan qaldırmaq üçün heç bir addım atmayan Vüqar Ələkbərov əməliyyata görə ödənilən məbləği geri qaytarmaq istəməsə də, haqlı narazılığına görə guya cari ilin sentyabr ayında “hər şeyi həll edəcəyini və onu razı salacağını” deyib. Amma artıq sentyabr yaxınlaşıb, həkimdən isə səs-soraq yoxdur:
“Hər dəfə ona müraciət edəndə bir bəhanə gətirirdi. Sonuncu dəfə isə sentyabr ayında məni yenidən qəbul edəcəyini dedi. Amma indi görürəm ki, bu, sadəcə məni sakiləşdirmək, şikayət etmək fikrindən daşındırmaq üçün söylənən sözdür. İndi isə bunu da onunla əlaqələndirirlər ki, bu il 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində Vüqar Ələkbərov da namizəddir. Seçicilərlə görüşərək onlara müxtəlif vədlər verir, seçki kampaniyasına görə özü ilə görüşmək də mümkün olmur. Amma həkim kimi məsuliyyət daşıdığı vəzifəsini yerinə yetirməyən şəxs millət vəkili ola bilərmi?”
Şikayətçi  yaranmış vəziyyətlə bağlı əlaqədar orqanlara müraciət edərək həkim barəsində qanun çərçivəsində tədbir görülməsini istəyib.

Redaksiya olaraq qarşı tərəfin də söz haqqını tanıyırıq...

BAKUFAKT.AZ

IRON MAX AZERBAIAN