Azad Media Susdurula Bilməz!
Yağış nə vaxt kəsəcək? - RƏSMİ
cəmi̇yyət

Yağış nə vaxt kəsəcək? - RƏSMİ

Hazırda ölkə ərazisində, Bakı-Abşeron yarımadasında, eyni zamanda bölgələrdə yağışlı hava şəraiti müşahidə olunur.

"Bakufakt" xəbər verir ki, bunu Ölkə.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. 

Onun sözlərinə görə, bəzi yerlərdə yağıntılar leysan xarakterli, intensivdir: 

“Belə hava şəraitinin bugün, sentyabrın 8-i Bakı və Abşeron yarımadasında davam edəcəyi, axşama doğru tədricən kəsəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 21-25 dərəcə isti olacağı gözlənilir”.

G.Məmmədova bildirib ki, eyni zamanda bölgələrdə də yağışlı hava şəraiti müşahidə olunur.

“Belə yağışlı hava şəraiti 8-i axşama doğru tədricən kəsəcək. 9-da əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu Aran rayonlarında 25-28, dağlıq ərazidə 15-18 dərəcə isti olacaq”, - o vurğulayıb.

IRON MAX AZERBAIAN