Azad Media Susdurula Bilməz!
Zakir Fərəcov onlarla ailəni çörəksiz qoyub...?
cəmi̇yyət

Zakir Fərəcov onlarla ailəni çörəksiz qoyub...?

Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcovla sahibkarlar arasındakı borc qalmaqalı hələ bitməyib. Görünən də odur ki, icra başçısı barəsində söylənilən ittihamlara susmaqla cavab verir və sahibkarların tələblərini yerinə yetirmək üçün heç bir əməli addım atmır. 

Sahibkarların bildirdiyinə görə, külli miqdarda borc Sumqayıt Dənizkənarı Bulvarın tikintisi ilə bağlı yaranıb. 

Zakir Fərəcov sahibkarların gördükləri işlərin müqabilində yaranmış borcları  ödəməkdən imtina edir.

Əsası bir neçə il əvvəldən qoyulan problem bu gün də həll olunmamış qalır.  İcra başçısının vədlərinə inanan sahibkarlar və iş icraçıları görülən işlərə sərf ediləcək mal və materialların alınmasını öz vəsaitləri hesabına təmin ediblər. Bu məqsədlə dövlət büdcəsindən Sumqayıt Şəhər İcra Hakimiyyətinə külli miqdarda vəsait ayrılsa da, Zakir Fərəcov bu vəsaiti işi görən şirkətlərə verməyib.  Əvəzində vəsaitin işin təhvil verilməsindən sonra ödənəcəyinə inandırıb. Amma işi bitirdikdən və yüksək səviyyədə təhvil verdikdən sonra da sahibkarlar  vəsaiti ala bilməyiblər. 

Onların iddiasına görə, bundan sonra icra başçısından vəsaitin ödənilməsini tələb etdikdə isə müxtəlif vasitələrlə onlara hədə-qorxu gəlinib: “Biz vəsaitin ödənilməsini tələb edəndə əvvəlcə bizə cüzi miqdarda pul ödənildi. Daha sonra vəsaitin ardı olmadı və öz zəhmətimizin qarşılığını, eləcə də öz hesabımızdan xərclədiyimiz vəsaiti tələb edəndə müxtəlif bəhanələrlə yubadıldı, süründürməçiliyə salındı. Hər birimiz dəfələrlə ayrı-ayrılıqda və ya birlikdə İcra Hakimiyyətində olmuşuq, hər dəfəsində də fərqli sözlər deyilir.  Biz pulumuzu israrla tələb edəndə, bu barədə məlumatlar mətbuatda, sosial şəbəkələrdə paylaşılanda isə bizə hədə-qorxu gəlirlər. Səbəb də odur ki, Zakir Fərəcov yuxarı dairələrə görülmüş işin qarşılığının ödənilməsi bardə yalan hesabatlar təqdim edib. İndi bu yalanın da aşkara çıxacağından qorxaraq bizi susdurmaq istəyir. 
Çünki ortada ödənişlərin edilməsinə dair heş bir sənəd yoxdur. Zakir Fərəcov məsələ ictimailəşəcəyi halda əlaqədar orqanların ondan bu sənədləri tələb edəcəyini bildiyinə görə bizi hədələyib susdurmaq istəyir”.


Sahibkarlar iddia edirlər ki, icra başçısı gördükləri işin müqabilində onlara çatacaq 3 milyon manata yaxın vəsaiti mənimsəyib, onunla özünə ev, villa, oğluna restoran tikdirib:
“İndi isə deyir ki, bizə çatacaq ümumi məbləğin azı 30 faizi ona verməliyik ki, büdcədən görülən işə ayrılmış vəsaiti, yəni biz olan borcu ödəsin. Bizim öz vəsaitimiz hesabına illər əvvəlki dəyərlə gördüyümüz işə görə alacağımız vəsaitə niyə kimsə  şərik çıxmalıdır?  İcra Hakimiyyətinin bizə ödəmədiyi borca görə iş icraçılarına külli miqdarda borcumuz yaranıb, bank kreditlərimiz var. işçilərimizin maaşını vaxtnda ödəyə bilməmişik. Yəni Zakir Fərəcov təkcə bir neçə sahibkarı yox, həm də çox sayda ailəni çörəksiz qoyub. Bizim işçilərimizə veriləcək cavabımız yoxdur. İş o həddə çatıb ki, bizi həbs etdirməklə hədələyir, öz halal haqqımızı ala bilmirik”.
Onlaırn sözlərinə görə, bu işdə daha çox canfəşanlıq edən isə  Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri  Gündüz Əliyevdir: “Bu adamın adı mətbuata yaxşı tanışdır. Ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsinin işçiləri barəsində olan cinayət işinin ibtidai istintaqı yekunlaşıb. Lakin təqsirləndirilən şəxslər barədə hələ ki məhkəmə tərəfindən hər hansı yekun qərar verilməyib.
Belə ki, həmin cinayət işi üzrə təqsirləndirilən və cinayət təqibinə cəlb edilən şəxslər Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev, onun bacısı, “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin sabiq baş mühasibi Gülnarə Bayramova və onların yaxın tanışları Elxan Əsədovdur.
Adıçəkilən şəxslər barəsində Cinayət Məcəlləsinin (CM) 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməklik) və digər maddələrlə ittiham irəli sürülüb. 
Barəsində cinayət işi olan bu şəxs bizə hədə- qorxu gəlir, şikayətimizin mətbuatda işıqlandırılmaması üçün təzyiqlər edir” 

Sahibkarlar ümid etdiklərini bildiriblər ki, müvafiq qurumlar dövlət adına utanc hesab ediləcək bu addımları atanlar barədə ədalətli qərar verəcək: “Ümid edirik ki, şikayətimiz araşdırılacaq və bz öz haqqımızı alacağıq”.

IRON MAX AZERBAIAN