Seymur Orucov şəhid anasının problemini niyə həll etmir? - İcra Hakimiyyətindən açıqlama
Ağstafa Rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı . Sumqayıt şəhəri, 9-cu mikrorayonda yaşayan Şəhid anası Nabat Rzayeva Ağstafa Rayon İcra Hakimiyyətinə müraciət edərək Ağstafa rayonu Eynallı kəndində qeydiyyatda olan, hazırda həmin kənddə 25 ildən çoxdur ki, yaşamayan övladı Mustafayeva Həmayə Qənbər qızının yaşayış evinin təmir olunması üçün köməklik göstərilməsini xahiş etmişdir.
"Bildiririk ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı Şəhid olmuş şəxslərin xatirəsi bizim üçün əzizdir və rayon İcra hakimiyyəti tərəfindən onların müraciətləri daim diqqət mərkəzində saxlanılır.
Nabat Rzayevanın müraciətə bağlı övladının Eynallı kəndində olan yaşayış evinə Həmayə Mustafayevanın iştirakı ilə baxış keçirilmişdir. Vətəndaşa qanunvericiliyin tələbləri izah olunaraq yeni yaşayış evinin tikintisinin rayon İcra hakimiyyətinin səlahiyyətləri daxilində olmadığı bildirilmiş, lakin aztəminatlı ailə kimi onun yaşayış evinin təmiri üçün tikinti materialları ilə təmin olunacağına köməklik göstəriləcəyi izah olunmuşdur", - deyə məlumatda qeyd olunub.