Azad Media Susdurula Bilməz!
Şəhid ailəsinin evinə basqın
cəmi̇yyət

Şəhid ailəsinin evinə basqın

 

Salyanın Sarvan kəndində şəhid Cavad İsmayılovun ailəsinin evindən oğurluq etmək istəyiblər.

Hadisə ötən gün gecə saatlarında baş verib.  Şəhid ailəsinin evini talamaq istəyən şəxs planlaşdırdığı cinayəti başa çatdıra bilməyib. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan saytımıza bildirilib ki, sözügedən evə qanunsuz olaraq daxil olmağa cəhd edilib. 

Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, 20 yaşlı İsmayılov Cavad Asif oğlu 2020-ci ilin dekabrında idarə etdiyi “KamAz” markalı yük maşınının minaya düşməsi nəticəsində şəhid olub.

 

 

IRON MAX AZERBAIAN