Məhərrəm ayı ilə bağlı restoran sahiblərinə ÇAĞIRIŞ
Ölkə ərazisində fəaliyyət göstərən restoran və ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edirik ki, Məhərrəm ayında toyların olmaması fürsətindən yararlanaraq və bunu bir imkan kimi dəyərləndirərək, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər, filtrləri vaxtında dəyişsinlər, havaya normadan artıq tullantı atılmasına yol verməsinlər.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
qeyd edib ki, bir sıra restoran və ictimai-iaşə obyektlərində təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq, təəssüf ki, onlara vaxtaşırı xidmət göstərilmir, filtrləri vaxtında dəyişdirilmir və nəticədə havaya normadan artıq tullantı atılır.
“Bir daha iaşə obyektlərinin sahiblərindən tələbimiz odur ki, təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu yoxlasınlar".