cəmi̇yyət
Bakıda dəhşətli intihar:Hər ikisi ölüb
Bakıda dəhşətli intihar hadisəsi olub.
Məlumata görə, hadisə bir neçə dəqiqə əvvəl Nizami rayonu ərazisində, "Siyaqut" şadlıq sarayının yaxınlığında qeydə alınıb.
Gənc oğlan çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü atıb. Bu zaman o, həmin binadan çıxan bir nəfərin üzərinə düşüb. Həmin şəxsin komendant olduğu bildirilir.
Nəticədə binadan özünü atan və komendant yerindəcə keçiniblər.
Bakıda dəhşətli intihar hadisəsində sonra ölənlərin kimlikləri məlum olub.
Məlumata görə, 2001-ci il təvəllüdlü Yaftum Yaşar oğlu Orucov çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü atıb. O, 1972-ci il təvəllüdlü Namiq Abi oğlu Məmiyevin üzərinə düşüb. Nəticədə hər iki şəxs yerindəcə keçiniblər.