Azad Media Susdurula Bilməz!
Masallı Rayonun Ərkivan qəsəbə sakini  “Azəriqaz” İB-nin baş direktoru Azər Məmmədova müraciət ünvanlayıb
cəmi̇yyət

Masallı Rayonun Ərkivan qəsəbə sakini  “Azəriqaz” İB-nin baş direktoru Azər Məmmədova müraciət ünvanlayıb

Hörmətli Azər Məmmədov, vətəndaş Rəhimova Xanımın adına olan sayğaca 4200 manat cərimə yazılıb. 

Əfsuslar olsun ki, cərimə yazılan müddətdə  bizim əlimizdə sadəcə xaricdə yaşadığımız haqqda subut var idi.

26 May tarixində sosial şəbəkə üzərindən bütün faktları təqdim edmişik. Orda nəzarətci çilingər Nəsirov Musanın vicdanlı etirafında bütün faktlar var. Əfsuslar olsun ki, Apellyasiya Məhkəməsinə qədər bizdə bu faktlar yox idi. Nəsirov Musa özü etiraf edir ki, bəli, biz gəldik sizin qonşularınız qazdan qeyri qanuni istifadə etmişdi və hay-küy saldıqğları üçün borcu sizin adınıza yazıblar. Nəzarətçinin video məruzəsində fakt sübutun tapırkı həmin qonşunun ərazisində qeyri-qanuni qazdan istifadə edilməsi aşkar olunub.

Masallı rayonunun "Azəriqaz" idarəsi hansı məqsədlərə görə qonşuya yox, bizə cərimə yazdırıb? Ərkivan qəsəbəsində hərkəs bir-birini tanyır. Biz ölkədən xaricdə olanda bizim evmizdə yaşayış olmur.   Apellyasiya Məhkəməsinə bizim işıq sayğacımız təqdim olunub ki, biz olmayanda işıq sayğacı işləyir. Biz xaricdə olanda evimizdə kiçik həcmli yanğın baş verib. Allahdan yanğın özü sönüb və yaxud da vicdana gəlib söndürüblər bilmirik. Biz ona görə də evimizin 4 bir yanına kamera quraşdırdıq, hər tərəfinə də projektorlar. Təbii ki, işıq sayğacımız işləyəcək. 

Əfsuslar olsun ki, qonşunun həyətində tutulan oğurluğu bizim üzərimizə atdılar.

Biz bütün faktları 26 May tarixində sosial şəbəkə üzərindən  təqdim etmişik və güman edirik ki, siz bu məsələdə gunahkar kimlərdisə onları cəzalandıracaqsız.

Biz inanırıq ki, bizə atılan şər-böhtandan sizin məlumatınız olmayıb və bu məqaləni oxuyan vicdanlı şəxslər bizim sizə olan müraciətimizi sizə təqdim edəcəkdir.

Qeyd edək ki, Masalı rayonun Ərkivan qəsəbəsinin nəzarətci çilingəri Nəsirov Musa vicdanlı açıqlama verərək bildirmişdi ki, bəli qazdan qeyri-qanuni istifadə edən digər şəxslər olub, bu məsələdə cərimə yazılan şəxsin heç bir gunahı yoxdur. Həmin zamanda onlar ölkədə belə olmayıblar.

Biz jurnalistlərin, blogerlərin adından Nəsirov Musaya təşəkkürlərmizi bildiririk, onun vicdanlı açıqlamasın alqışlayırıq. 

Bakufakt.az

IRON MAX AZERBAIAN