cəmi̇yyət
İş yerləri "coffee shop"a çevrilməlidir - Anar Bayramov
İş yerini "coffee shop"a çevirməli olacağıq.
Bunu "SAT Group"un həmtəsisçisi, biznes konsultant Anar Bayramov deyib.
O bildirib ki, bu günün insanı ortalama olaraq çox sosialdır və işdə də sosiallıq axtarır. O şirkətlərə daha çox bağlanırlar ki, onların sosiallıq ehtiyacı qarşılansın:
"Fikir verin, "coffee shop"da iş görmək trendi çox sürətlə artır. Nəyə görədir bu? Çünki sosiallıq və rahatlıq axtarırlar.
Biz o mühiti şirkətdə (ofisdə) yaratmalı olacağıq. Bunu mütləq edəcəyik. Söhbət coffee shop’dan getmir. Sosiallıq və rahatlıq ehtiyaclarını qarşılayacağıq ki, istədiyimiz məhsuldarlığa nail olaq".
"İş yerini sevimli, hüzurlu yerə çevirməsək, işləməmək, 4 günlük iş rejimi söhbətləri də gündəmdən düşməyəcək", - deyə A. Bayramov əlavə edib.