Azad Media Susdurula Bilməz!
Cəlilabad xəstəxanasında sistem köçürülən 31 yaşlı kişi öldü
cəmi̇yyət

Cəlilabad xəstəxanasında sistem köçürülən 31 yaşlı kişi öldü

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.

Rayon sakini, 1993-cü il təvəllüdlü Nuriyev Vahid Sübhan oğlu ayağında şiş yarandığı üçün xəstəxanaya müraciət edib.

Yaxınlarının sözlərinə görə, xəstəxanada ona sistem köçürülüb, bundan sonra o, şoka düşüb və ölüb.

Hadisə ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından  bildirilib ki, sözügedən şəxs bu gün xəstəxanaya müraciət edib.

"Xəstəyə ilkin tibbi yardım göstərilən zaman onun halı pisləşib. Daha sonra o, reanimasiya şöbəsinə yerləşdirilib. Lakin aparılan reanimasion tədbirlərə baxmayaraq, xəstə vəfat edib", - xəstəxanadan bildirilib.

Qeyd edək ki, mərhum iki uşaq atasıdır.

Faktla bağlı araşdırma aparılır.

IRON MAX AZERBAIAN